Qardaşı uşaqlarını baltalayan əminin ölüm səbəbi

14:44 04.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cəlilabadda qardaşının iki yeniyetmə övladını baltalayaraq öldürməkdə təqsirləndirilən Naǧıyev Əli Hüseynbala oǧlunun ölümünün təfərrüatları məlum olub.

Hafta.az xəbər verir ki, Ə.Nağıyev saxlanıldığı müəssisədə təkbaşına qaldığı kameradakı çarpayının 2-ci mərtəbəsindən bașı üstə özünü yerə atıb.

Bundan sonra Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilərək orada müalicə olunub, göstərilən tibbi yardımlara baxmayaraq Ə.Nağıyev ötən gün müalicə olunduğu xəstəxanada ölüb.